"Uşaqlar gülsün deyə" adlı keçirilən tədbir

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Nardaran Mədəniyyət Mərkəzinin qarşısında ümumrayon tədbiri keçirilib. Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın və ingilis dili müəllimi Mikayılova Fərqanənin rəhbərliyi ilə 30 şagirdimiz bu tədbirdə iştirak edib. Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Uşaqlar gülsün deyə" adlı keçirilən tədbirdə şagirdlərimiz milli geyimdə rəqs, idman, rəsm işləri təqdim ediblər.