1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ümumməktəb tədbiri keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə bütün məktəb kollektivi iştirak edirdi. Şagirdlərin ifasında müxtəlif dillərdə təbriklər səsləndirildi, şeirlər mahnılar dinlənildi, rəqslər ifa olundu.
Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə çıxış edərək qeyd etdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndi və elə həmin tədbirdə 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsinə həsr etmək qərara alındı.
Direktor bu özəl gün münasibətilə bütün uşaqları təbrik edərək onlara xoşbəxtlik və parlaq gələcək arzuladı.