İnformatika fənn aylığı

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı may ayı informatika aylığı elan olunmuşdur. İnformatika fənn aylığında informatika müəllimi, həm də fənn metotbirləşmə sədri Sadıqova Abidənin təqdimat dərsləri keçirilmişdir.
Aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə informatika elmini daha səylə öyrənməyə maraq yaradan bu nümunəvi dərslər zamanı qarşıya qoyulan məqsədə nail olunmuşdur. Abidə Sadıqova 5 d və 5 e siniflərində "İnternet" mövzusu üzrə təqdimatların müzakirəsini təşkil etmişdir. Dərslərdə məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova iştirak etmişlər.