Ağdamda Şuşa ilinə həsr olunmuş V Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilib

       Mayın 17-19-da Ağdamda Şuşa ilinə həsr olunmuş V Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilmişdir. Simpoziuma məktəbin tarix müəllimi Solmaz Quliyeva da dəvət almışdı.
       İşğaldan azad olunmuş torpaqlarımızda keçirilən bir çox tədbirlər kimi, bu tədbir öz möhtəşəmliyi ilə seçilmişdir. Simpoziumda bir çox xarici ölkələrdən 200-dən çox nümayəndə iştirak edirdi. Açılış Ağdam Muğam mərkəzində baş tutdu. Qənirə Paşayeva simpozium iştirakçılarını salamladı və Həmzə Nigarinin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Mayın 18-də Simpozium Heydər Əliyev mərkəzində davam etdi. Mayın 19-da isə İşğaldan azad olmuş Ağdam şəhərinə səfər təşkil olunmuşdur. Bu səfərdə qonaqlar Pənahəli xanın, Xurşud Banu Natəvanın, Mehdiqulu xanın, ümumilikdə Qarabağ xanlarının dəfn olunduğu imarəti ziyarət ediblər. Daha sonra Ağdam məscidinə, sonra isə Şəhidlər xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda həlak olmuş igidlərimizin məzarı üstünə gül dəstələri qoymuş, onların ruhunu yad etmişlər.
       Ağdamda tikinti-quruculuq işləri sürətlə gedir. Əminik ki, tezliklə bütün məcburi köçkünlər öz yurd-yuvalarına qovuşacaq. Torpaqlarımızın azad olunmasında başda Ali Baş Komandan, möhtərəm prezidentimiz  İlham Əliyev olmaqla igid əsgər və zabitlərimizə sonsuz təşəkkürlərimizi bildiririk. Torpaqlarımızım hər qarışı uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi