Fizika və biologiya fənni üzrə praktiki dərslər

       2021-2022-ci tədris ili üçün məktəbin "Fəaliyyət Planı"nın 1.2.26 bəndinə əsasən fizika və biologiya fənni üzrə praktiki dərslər keçirilmişdir. Məktəbin təcrübəli fizika müəllimi Mehdiyeva Çiçək 6 d sinfində "İstilik hadisələri" mövzusu üzrə və biologiya müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, "Ümumləşdirici tapşırıqlar" mövzusu üzrə xordalı heyvanların orqanları ilə bağlı laboratoriya məşğələlərini həyata keçirmişlər. Bu cür dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin nəzəri biliklərinin praktiki təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət etməklə bərabər, həm də laboratoriya avadanlıqları ilə işləmə vərdişlərini inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi