"Ailəm və məktəbim" layihəsi ilə bağlı tədbir keçirilib

BŞTİ-nin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim" layihəsini icra etmək məqsədilə məktəbdə 24.05.2022-ci il tarixində valideyn icmasının iştirakı ilə seminar təşkil olundu. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək vermək məqsədilə keçirilən bu görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş psixoloqu Səidə Əhmədova valideynlərə övladları ilə münasibətin düzgün istiqamətləri barədə tövsiyələr verib və şagirdlərin valideyn dəstəyinə hər zaman zəruri ehtiyacları olduğunu onların diqqətinə çatdırmış, eləcə də valideynləri maraqlandıran suallara cavab vermişdir.
Tədbirdə məktəbin direktoru Yasin Quliyev, tərbiyə işləri üzrə direktor müavini Seyidbalayeva Şəhla, məktəb psixoloqu İmaməliyeva Turanə iştirak etmişlər.