"QİÇS -ə qarşı mübarizəyə sən də qoşul!"

       2021-2022-ci tədris ilinin "Tədbirlər Planı"nın 2.1.10 bəndinə əsasən məktəbin psixoloqu İmaməliyeva Turanənin, biologiya müəllimi Abdullayeva Aliyənin, tibb bacısı Rüstəmova Aytacın 10-11-ci sinif şagirdləri ilə "QİÇS -ə qarşı mübarizəyə sən də qoşul!" tədbiri keçirilmişdir. Tədbir boyunca  şagirdlərlə bu aktual xəstəliyin yaranmasına səbəb olan amillərlə, xəstəliyə qarşı profilaktik tədbirlərin görülməsi ilə və eləcə də mübarizə üsullarının aparılması ilə bağlı mövzular üzrə söhbət aparılmışdır. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin  mövzu ilə bağlı dünyagörüşünün formalaşdırılması və bu sosial bəladan uzaq olmaları üçün onların maarifləndirilməsi olmuşdur.
       Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Şəhla Seyidbalayeva da iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi