"Mənim gündəliyim" müsabəqəsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli F-61 nömrəli əmrinə əsasən "Mənim gündəliyim"adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsində şagirdlərimiz müsabiqənin şərtlərinə uyğun gündəliklər hazırladılar.
Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilən bu müsabiqədə məktəbin müxtəlif yaş qrupuna aid şagirdləri iştirak etmişlər.