Yaşıl layihə: "Təbiəti qoruyanlar"

Təhsilalanların ekoloji maariflənməsi, onların ekoloji bilik və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi dövrün qlobal problemlərinə dəstək verilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri əsasında 12.1 bəndinin yerinə yetirilməsi ilə əlaqədar məktəbin 6 ç sinif şagirdlərinin biologiya müəllimi Abdullayeva Aliyənin rəhbərliyi ilə məktəbin həyətyanı sahəsində" Mədəni bitkilər" mövzusu uzrə dərsi keçirilmişdir. Şagirdlər həm mövzunu öyrənmiş, həm də onlara layihənin məqsədindən irəli gələn təbiətə, canlı aləmə qayğı prinsipi aşılanmışdır.