"Sən elə bir zirvəsən" adlı tədbir keçirilib

Məktəbin dil-ədəbiyyat müəllimləri-Qədimova Səadət və Alməmmədova Lamiyənin rəhbərliyi ilə "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı tədbir keçirildi.
Tədbirdə məktəbin müxtəlif yaş qrupuna məxsus şagirdləri rəngarəng nömrələrlə çıxış etmişlər. Onlar Ümummilli Lider Heydər Əliyevin ictimai və siyasi həyatı, rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanın bir dövlət kimi qurulmasında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar vermişlər, şagirdlərin ifasında
Azərbaycan milli rəqsləri ifa olunmuş, aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik şagirdlərin iştirakı ilə tamaşalar nümayiş olunmuş, şeirlər söylənmişdir.
Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.
Sonda məktəbin direktoru Yasin Quliyev tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.