Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə məzarı ziyarət olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbin 10 a sinfinin sinif rəhbəri Nəbiyeva Afaq, 6 d sinfinin sinif rəhbəri Qədimova Səadət və 6 ç sinfinin sinif rəhbəri Alməmmədova Lamiyənin iştirakı ilə şagirdlər Ulu Öndərin l Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etmişlər. Şagirdlər dünya şöhrətli ictimai və siyasi xadim, dahi insan Heydər Əliyevin məzarı üstünə güllər qoymuş, onu böyük ehtiramla yad etmişlər.