PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı

PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.
Azərbaycanda da uğurla davam etdirilən bu qiymətləndirmənin sınaq mərhələsinə məktəbimizin 46 şagirdi cəlb olunmuşdur. Təhsil Nazirliyi və Təhsil İnstitunun PİSA- Beynalxalq Şagird Qiymətləndirilməsi Olimpiadasının təlimini institutun təlimçisi Tellər Əsgərova aparmışdır. Qiymətləmdirmə prosesində məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak etmişlər. Sonda Direktor Yasın Quliyev şagirdlərin real həyatda rastlaşdıqları müəyyən problemlərin həllinin asanlıqla tapılmasında bu cür qiymətləndirilmənin keçirilməsinin onlar üçün faydalı olmasını vurğulamış və işin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.