“Əlvan ipdən gör nələr toxuyurlar nənələr”

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis olunmuş “5 May – Xalçaçı Günü” xalçaçılarımızın peşə bayramı olmaqla yanaşı, xalçaçılıq sənətinin tərənnüm, tədqiq və təbliğ edən rəssam, sənətşünas və tədqiqatçılarımızın, bu sənətdən bəhrələnərək onun naxışlarını dekorativ-tətbiqi sənətin müxtəlif növlərində canlandıran sənətkarlarımızın, eyni zamanda, sənətin sehrinə düşən, “Xalçam harda – yurdum orda” deyən xalçasevərlərimizin sevə-sevə qeyd etdikləri tarixdir. 5 May – Xalçaçı Günü “Əlvan ipdən gör nələr toxuyurlar nənələr”
       Şuşa xalçalarına həsr olunmuş  adlı sərgi-proqram keçirilib. Məktəbin Fəaliyyət Planının 1.5.8 bəndinə əsasən,tarix müəllimi Quliyeva Solmaz və texnologiya müəllimi Sultalıyeva Vüsalənin rəhbərliyi ilə əslən Qarabağ zonasından olan şagirdlərimizin “Azərbaycan xalçaçıları” İctimai Birliyi “NUR Art House”la 5 May – Xalçaçı Günü münasibətilə yaratdıqları  xüsusi sərgiyə  ekskursiyası  təşkil olunub.
       Həmin gün İçərişəhərdə Qarabağdan kənarda dünyaya gəlib, ənənələrdən uzaq düşmüş uşaqlar, gələcəyin xalçaçıları Şuşa xalçaları ilə tanış olub. Onlar üçün hazır edilmiş “Əlvan ipdən gör nələr toxuyurlar nənələr” sərgi-proqramında peşəkar xalçaçılar Şuşa xalçalarından danışıb, güllü-çiçəkli Şuşa xalçalarının naxışları uşaqların rəng dünyasına qərq olub, yeni tərzdə təqdim edilıb. Sərgi-proqram haqqında danışan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva təşəbbüsü dəstəklədiyinə görə məktəbin direktoru Yasin Quliyevə, direktor müavini Zərifə Cəfərovaya və tarix müəllimi Solmaz Quliyevaya xüsusi minnətdarlığını bildirib. Eyni zamanda İctimai Birliyin İdarə Heyətinin üzvü, xalçaçı-rəssam və rəngkar Eldar Hacıyevə təşəkkür edən Röya xanım, onun böyüməkdə olan nəsillə hər görüşə böyük həvəslə gəldiyini və onlara sənətin sirlərini öyrətməkdən zövq aldığını vurğulayıb.
       Sərgi-proqramın təşkilində əsas məqsəd Qarabağdan uzaqda dünyaya gələn gənc nəslə ənənələri təqdim etməklə, onların genetik yaddaşını oyatmaq və ərazi bütövlüyümüzün bərpa olunduğu mədəniyyətimizin paytaxtı Şuşamızda xalçaçılıq sənətini məhz bu torpağın sakinləri tərəfindən bərpa olunmasını dəstəkləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi