"Təbiəti qoruyanlar" adlı layihə

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ümumitəhsil müəssisələrində "Təbiəti qoruyanlar" adlı layihənin 1.2 bəndinə əsasən məktəbin 5 a sinif şagirdləri sinif rəhbəri Adilova Vüsalənin təşkilatçılığı ilə "9 May- Qələbə Günü"nə gözəl töhfə hazırlamışlar. Belə ki, şagirdlər Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq məktəbyanı ərazidə həmişəyaşıl ağaclar əkmişlər. Onlar bu işin icrasını böyük həvəslə yerinə yetirərək məktəbyanı sahənin daha çox yaşıllıqlarla əhatə olunmasına çalışmışlar. Məktəb rəhbərliyi 5 a sinif şagirdlərinin bu gözəl təşəbbüsünü dəstəkləmiş və təşəkkür bildirmişlər.