Yaşıl layihə: "Təbiəti qoruyanlar"

       Təhsilalanların ekoloji maariflənməsi, onların ekoloji bilik və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi dövrün qlobal problemlərinə dəstək verilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri əsasında 4.1 bəndinin yerinə yetirilməsi üçün məktəbin 6 ç sinif şagirdləri sinif rəhbəri Alməmmədova Lamiyənin rəhbərliyi ilə məktəb ağaclarına qonan quşlar üçün yuvalar düzəldib ağaclardan asmışlar. Bu gözəl işin yerinə yetirilməsinə böyük sevinc və sevgi ilə qoşulan şagirdlərə həm də layihənin məqsədindən irəli gələn təbiətə, canlı aləmə qayğı prinsipi aşılanmış, onlarda bu dünyagörüşünün formalaşdırılması əsas məqsədlərdən biri olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi