“Plastik qabların yenidən emalı və istifadəsi”

Məktəbin ibtidai sinif müəllimi Hüsiyeva Yaqutun rəhbərliyi ilə 4 b sinfi "Tullantılardan sənətə" muzeyində olmuşlar. Eyni zamanda şagirdlər plastik qablardan, paketlərdən, alətlərdən və s. istifadə edərək müxtəlif əl işlərindən ibarət əşyalar hazırlamışlar. Şagirdlərin çox böyük maraq və fəallıqla hazırladıqları əl işləri məktəbin foyesində sərgiyə qoyulmuşdur.
Plastik kütlələrin ətraf mühitə göstərdiyi təsirin xüsusiyyətlərini öyrənən şagirdlər, onları fərqləndirib hansı növ olmasını da öyrənmişlər.