"Təbiəti qoruyanlar"

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ümumitəhsil müəssisələrində "Təbiəti qoruyanlar" adlı layihənin 1.4 bəndinin yerinə yetirilməsi ilə əlaqədar olaraq məktəbin ibtidai sinif müəllimləri-Şəbi Gülnarənin və Vəliyeva Sitarənin rəhbərliyi ilə 2 ç , 4 e sinif şagirdləri bu gözəl layihəyə qoşulmuşlar. ŞagirdlərTədbirlər Planının icrasından irəli gələn məsələləri reallaşdırmaq üçün bu gün məktəbyanı ərazidə ağac və gül kolları əkmişlər. Onlar bu işin icrasını böyük həvəslə yerinə yetirərək məktəbyanı sahənin daha çox yaşıllıqlarla əhatə olunmasına və qorunmasına çalışmışlar.