Nümunəvi dərslər

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı fizika fənn aylığında metodbirləşmə sədri, həm də fizika müəllimi Nəbiyeva Afaqın təqdimat və fizika müəllimi Həsənova Güllünün isə praktiki dərsləri keçirilmişdir.
Aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə fizika elmini daha səylə öyrənməyə maraq yaradan bu nümunəvi dərslər zamanı qarşıya qoyulan məqsədə nail olunmuşdur. Afaq Nəbiyeva 9 d sinfində təqdimatların müzakirəsini təşkil etmiş, Güllü Həsənova isə 6 b sinfində "Mexaniki hərəkət "mövzularını keçərkən şagirdlərin təcrübi və intellektual keyfiyyətlərinin üzə çıxarılması üçün müxtəlif üsul və texnikaları tərbiq etmişlər. Dərslərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova iştirak etmişdir.
Müəllimlərə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.