"Oxu günü" layihəsinin qonaqları

       Azərbaycan Respublikası Təhsil nazirinin 04 aprel, 2019-cu il tarixli F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən "Oxu günü" layihəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir.
   Şagirdlərin dünyagörüşünün formalaşmasında, bədii təxəyyülün, məntiqi təfəkkürün inkişafında, vətəndaşlıq tərbiyəsində mühüm əhəmiyyət kəsb edən bu layihə üzrə daha bir tədbirimiz məktəbimizə yazıçı, publisist, Yazıçılar birliyinin üzvü, Əməkdar incəsənət xadimi Qəşəm Nəcəfzadə və prezident mükafatçısı, Yazıçılar birliyinin üzvü, şairə Nuranə Nurun dəvət edilməsi oldu. Çox səmimi və xoş əhval-ruhiyyədə keçən bu görüşdə qonaqların söhbətləri, şeirləri dinlənilmiş, şagirdlər tərəfindən verilən suallar cavablandırılmışdır. Görüş məktəbin müəllim və şagird kollektivi tərəfindən rəğbətlə qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi