"Oxu günü"

       "Oxu günü" tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 04 aprel 2019-cu il tarixli F -103 nömrəli əmrinin icrasını təmin edilməsi məqsədilə Bakı Şəhəri Təhsil İdarəsinin F - 147 nömrəli əmrinə əsasən məktəb kitabxanasında şagirdlərin mütaliə saatı təşkil olunmuşdur.
       Şəxsiyyət olaraq insanın formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan şagirdlərdə bu vərdişləri formalaşdırmaq, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən -nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında bacarıqlarını inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsi əvəzsiz vasitələrdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi