"Gəlin, təbiəti qoruyaq"

2021-2022-ci tədris ili üçün məktəbin Fəaliyyət Planının 1.5.27 bəndinə əsasən 5 ç sinif şagirdləri fənn müəllimi Zərifə Cəfərovanın rəhbərliyi ilə "Gəlin, təbiəti qoruyaq" layihəsində fəal iştirak etmişlər. Şagirdlər böyük həvəslə məktəbin həyətyanı sahəsində ağac və gül kolları əkmiş və yaşıllıqları suvarmışlar. Balaca fidanların bu təqdirəlayiq fəaliyyəti məktəb rəhbərliyi tərəfindən alqışlanmış, şagirdlərə minnətdarlıq edilmişdir.