"Heydər Əliyev və qalib Azərbaycan" adlı inşa müsabiqəsi keçirilib

       18.04.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin "99-cu il dönümünə" həsr olunmuş "Heydər Əliyev və qalib Azərbaycan" adlı inşa müsabiqəsi keçirildi.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müsabiqəni giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədr əvəzi Cəfərov Zülfüqar açaraq müsabiqənin əhəmiyyəti, şagirdlərə verəcəyi töhfələr, Ümummilli Liderin Azərbaycan tarixində misilsiz xidmətləri haqqında ətraflı danışdı. YAP Sabunçu rayon təşkilatının fəalı, layihə rəhbəri Sərxan Şahverdiyev müsabiqənin formatı, şərtləri haqqında iştirakçılara məlumat verdi. İşlər xüsusi komissiya tərəfindən yoxlandıqdan sonra nəticələr 24.04 2022-ci il tarixədək elan olunacaqdır.
Bu müsabiqədə məktəbimizi 10 a sinif şagirdi Dəndər Tağıyev təmsil etmişdir.
Bütün müsabiqə iştirakçılarına uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi