"Referat yazı müsabiqəsi"

       Hər il olduğu kimi bu il də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən referat yazı müsabiqəsi keçirilmişdir. Belə ki, bu ilki müsabiqə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu  ildönümünə həsr olunmuşdur. Yazı müsabiqəsində yalnız 9, 10, 11-ci sinif şagirdləri iştirak ediblər.  Müsabiqəyə 5 mövzu təqdim edilmişdir. 1. "Şirvanşahlar dövləti". 2. "Azərbaycan Baharlı dövləti-Qara Yusif".  3. "Ermənilərin Azərbaycan torpaqlarına köçürülmə tarixi".  4. "Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi". 5. "Şuşa döyüşləri- Qəhrəmanlıq  salnaməsi".   
        Bu müsabiqədə fəal iştirak edən 9 a sinif şagirdi- Aysel Vəliyeva, 9 d sinif şagirdləri- Bayramlı Röyal, Əlizadə Fidan, 9 ə sinif şagirdləri- Xəlilova Çinarə və Zeynalova Gülay məktəbin direktoru Yasin Quliyev tərəfindən "Təşəkkürnamə"ilə təltif olunmuşlar. Yasin müəllim şagirdlərə bundan sonrakı müsabiqələrdə də uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi