Fənn müsabiqəsi və Lütfi Zadə olimpiadasının qalibləri

Fənn Olimpiadaları ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.
71 nömrəli məktəbin 5 şagirdi Fənn Olimpiadasının , 2 şagird isə Lütfi Zadə Məntiq Olimpiadasının növbəti mərhələsinə keçid hüququ qazanıb. Riyaziyyat fənni üzrə 6 c sinfindən Əfəndiyev Murad Pərvin oğlu, Həsənov Fərid Məzahir oğlu , Şahbazlı Əkbər Nahid oğlu, kimya fənni üzrə 7 a sinfindən Aydan Rizvan qızı Göyüşova, biologiya fənni üzrə 7 a sinfindən Fidan İlkin qızı Nəsirova Fənn Müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
V ç sinif şagirdləri Əliyeva Nəzrin Rəşid qızı və Yusifov Yusif Zaur oğlu isə Lütfi Zadə Məntiq Olimpiadasının I mərhələsində qalib gəlib.
Qalib gələn şagirdləri və onların fənn müəllimlərini təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.