“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbimizin fizika müəllimi Nəbiyeva Afaqa "Yaradıcı müəllim" müsabiqəsinin təqdimat mərasimində "Tərifnamə" təqdim olunmuşdur.
"Hal-hazırki dövrdə fizika fənnini necə tədris edək ki, şagirdlərin marağına səbəb olsun" adlı mövzu ilə müsabiqəyə qoşulan Afaq müəllimə öz təqdimatında maraqlı fikirlər irəli sürərək yenilikçi, yaradıcı xüsusiyyətlərini göstərmişdir. Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı olan bu xüsusiyyətlər ona uğur gətirmiş və hər zaman öz peşəsinə böyük sevgisi və eyni zamanda məsuliyyəti ilə seçilən müəlliməmiz layiqli mükafatı qazanmışdır.
Bütün kollektivimiz adından müəlliməmizi təbrik edir, ona bundan sonra da daha böyük uğurlar arzulayırıq.