"Böyük zəfərin başlanğıcı"

Məktəbin 1 ə sinfində sinif rəhbəri Aygün Cabarovanın rəhbərliyi ilə Aprel döyüşləri- "Böyük zəfərin başlanğıcı" adlı qəhrəman Şəhidimiz Samid İmanova həsr olunmuş təşkilat saatı keçirilmişdir.
İlk növbədə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 1 ə sinif şagirdləri vətənpərvərlik ruhunda səhnəciklər nümayiş etdirib və şeirlər səsləndiriblər. Tədbirin sonunda şagirdlər məktəbin həyətyanı sahəsində Şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq ağaclar əkiblər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak ediblər.
Məktəbin direktoru Yasin Quliyev çıxış edərək şagirdlərimizə minnətdarlığını bildirmiş, onlara uğurlar arzulamışdır.