"Həcmli naxıştikmə texnologiyası"

2021-2022-ci tədris ili üçün məktəbin fəaliyyət planının 1.2.20 bəndinin yerinə yetirilməsi ilə bağlı keçirilən monitorinq zamanı texnologiya müəllimi Sultalıyeva Vüsalənin 8 e sinfində "Həcmli naxıştikmə texnologiyası" mövzusu üzrə praktiki dərsi izlənilmişdir. Şagirdlər praktiki işi yerinə yetirərək aksessuar kimi çanta və saç bandanası tikdilər və üzərinə muncuqlarla həcmli, ifadəli relyef verdilər. Praktiki işin sonunda hazır edilən geyim məmulatları maniken üzərində yoxlanıldı və bitməyən bəzi xırda detalların işlənməsi üçün iş yenidən davam etdirildi.
Bu cür praktiki dərslər şagirdlərdə peşəyönümünün formalaşması ilə bərabər, həm də onların qabiliyyət və bacarıqlarının da üzə çıxmasında mühüm əhəmiyyət kəsb edir.