"Gəlin quş yuvası düzəldək"

       Təbiətin ən maraqlı canlılarından  olan quşlar, həm də çox faydalı heyvanlardır. Quşları sevmək, onlara qayğı ilə yanaşmaq lazımdır.  Yaz aylarında ölkəmizə köçüb gələn quşların sayı çoxalır. Biz bu quşlara necə kömək edib və qayğı göstərə bilərik?
1 C sinif şagirdləri, sinif rəhbərləri Xudaverdiyeva Ülviyyənin rəhbərliyi ilə  bu işdə yaxından iştirak etdilər. Həyat bilgisi fənnindən "Gəlin quş yuvası düzəldək" mövzusu üzrə birgə fəaliyyət nəticəsində quşlara yuvalar hazırladılar. Bu yuvaları məktəbin həyətindəki ağaclardan asdılar. Hər yuvaya dən tökdülər. İnanırıq ki, tez bir zamanda bu evciklərdə quşlar yuva quracaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi