"Qəhrəmanlar unudulmur"

Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur. Bu şərəfli borcu yerinə yetirmək məqsədi ilə daim bir təhsil müəssisəsi kimi Şəhidlərimizin müqəddəs amal uğrunda canından keçməsi və bu əməlləri ilə də ölməzliyə qovuşmaları haqqında şagirdlərə məlumatlar verilir və müvafiq tədbirlər keçirilir.Belə bir tədbirlərdən biri Şəhid Şükür Həmidova həsr olunmuş "Qəhrəmanlar unudulmur"adlı tədbirin keçirilməsi oldu.
Bu tədbir 1 a sinif rəhbəri Şövkət Quliyevanın rəhbərliyi ilə hazırlanmışdır. Şagirdlər böyük sevgi və məhəbbətlə Şükür Həmidov haqqında hazırladıqları şeirləri, kompozisiyaları təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru Yasin Quliyev, Şükür Həmidov və digər qəhrəman Şəhidlərimizin şərəfli döyüş yolları haqqında danışdı, Şəhidlərimizi andıqlarına və gözəl çıxışlarına görə 1 a sinfinin balaca fidanlarına təşəkkürünü bildirdi.