Coğrafiya fənnindən nümunəvi dərslər

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı tarix-coğrafiya fənn aylığında Abduləzimova Susanna və Xəlilova Fatimənin nümunəvi dərsləri keçirilmişdir.
Aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə coğrafiya elmini daha səylə öyrənməyə maraq yaradan bu nümunəvi dərslər zamanı qarşıya qoyulan məqsədə nail olunaraq mövzular şagirdlərə mənimsədilmişdir. Susanna Abduləzimova 8 f sinfində "İnkişaf etmiş ölkələr", Fatimə Xəlilova isə 6 b sinfində "Təbii zonalar" mövzularını keçərkən interaktiv təlim metodlarını, dərsin məqsədinə uyğun müxtəlif üsul və texnikaları tərbiq etmişlər. Dərslərdə iştirak edən məktəbin direktoru Yasin Quliyev direktor müavinləri və müəllimlərlə birgə müzakirə keçirmiş, müəllimlərə tövsiyyələr verilmişdir.
Müəllimlərə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.