Vətən müharibəsi şəhidi Əfqan Nəsirov

29 mart 2022-ci ildə Mərkəzi Zabitlər evində Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri və Əfqan Nəsirovun oxuduğu 71 saylı məktəbin direktoru Yasin Quliyev başda olmaqla, direktor müavini, müəllimlər iştirak etmişlər.
2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılan Əfqan Nəsirov, Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir və 20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.