"Şəhidlər heç vaxt unudulmur"

"Şəhidlər heç vaxt unudulmur" devizi altında növbəti anım mərasimi şəhid Əfqan Nəsirovun ad günü münasibətilə yad edilməsinə həsr olundu. Şəhidin adını daşıyan 1 b sinif şagirdləri 29.03.2022-ci il - Şəhidin doğum günündə onun evində olmuş, anası ilə görüşmüşlər. Şagirdlərimiz Əfqan Nəsirovun adına tikilmiş "Bulaq-abidə kompleksi"nin qarşısına əklil qoymuş və Şəhidimizi yad etmişlər.