"Sudan qənaətlə istifadə"

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı tarix-coğrafiya fənn aylığında nümunəvi dərslər, sərgi, tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri "Sudan qənaətlə istifadə" adlı tədbir olmuşdur. Fənn müəllimi, həm də coğrafiya metodbirləşmə rəhbəri Abduləzimova Susanna, müəllimlər - Abdullayeva Aliyə və Xəlilova Fatimənin rəhbərliyi ilə keçirilən bu tədbirdə şagirdlər suyun xüsusiyyətləri, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti və s. haqqında araşdırmalar apararaq məlumat vermişlər. Əl işləri ilə fərqlənən şagirdlər sudan qənaətlə istifadə haqqında fikirlərini çəkdikləri tablolar üzərində izah etmiş, slaydlar nümayiş olunmuşdur. Eləcə də şagirdlərin ifasında musiqi parçaları səsləndirilmişdir. Çox maraqla qarşılanan bu tədbirdə məktəb rəhbərliyi, müəllimlər və məktəbin tibb bacısı iştirak etmişdir.