"Dəli Kür" kinofilminin nümayişi olunub

Məktəbimizdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022 ci il tarixli F - 85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" layihəsi çərçivəsində silsilə tədbirlərdən biri də Novruz adətlərinin yer aldığı kinofilmin nümayişi olmuşdur. 6 ç sinif rəhbəri Alməmmədova Lamiyənin təşkil etdiyi "Dəli Kür" kinofilminin nümayiş etdirilməsində əsas məqsəd şagirdlərdə Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə dünyagörüşü formalaşdırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olmuşdur.