"Şuşa ətirli zəfər saçan tonqalımız"

     Məktəbimizdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F - 85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. Tədbirlər planının 1.1 bəndinə əsasən, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhla, müəllimlər - Şükürova Alidə və Qurbanova Məryəm "Şuşa ətirli zəfər saçan tonqalımız"adlı tədbir hazırlamışlar. Tədbirdə məktəbin  müxtəlif yaş qrupuna məxsus şagirdləri rəngarəng nömrələrlə çıxış etmişlər. Şagirdlər milli dəyərlərimizi özündə əks etdirən Novruz adətləri haqqında səhnəciklər göstərmiş, Azərbaycan milli rəqslərini ifa etmiş , aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik şagirdlərin iştirakı ilə tamaşalar nümayiş olunmuş, şeirlər söylənmişdir.
  Sonda məktəbin direktoru Yasin Quliyev bütün kollektiv üzvlərini bayram münasibətilə təbrik etmiş, təhsildə və məktəbin ictimai işlərində fərqlənən müəllim və şagirdlərini "Təşəkkürnamə"və "Fəxri Fərman"la təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi