1 c sinfində "Bahar Çələngi" mövzusunda təşkilat saatı

Məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli, F-85 nömrəli əmrinin icrası məqsədi ilə "Bahar Çələngi" lahiyəsinin keçirilməsi davam edir. Tədbirlər planının 1.1. bəndinə əsasən 1 c sinif rəhbəri Xudaverdiyeva Ülviyyənin təşkilatçılığı ilə mənəvi dəyərlərimizi əks etdirən sinif təşkilat saatı keçirilib. Məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarət olub.
Təşkilat saatında direktor müavinləri və müəllimlər iştirak etmişlər.