Əl işlərindən ibarət sərgi təşkil olunub

BŞTİ-nin 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin 1.3 bəndinin icrasının yerinə yetirilməsi ilə əlaqədar məktəb foyesində əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib.