IX siniflər üzrə monitorinq keçirilib

16 mart 2022-ci il tarixində məktəbdə IX sinif şagirdlərinin buraxılış fənləri üzrə monitorinq imtahanı keçirilib. Monitorinq Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. Şagirdlər Azərbaycan dili fənni üzrə 30, İngilis dili fənni üzrə 30 və Riyaziyyat fənni üzrə 25, ümumilikdə 85 sualı cavablandırıblar.
Monitorinqin məktəb rəhbərliyi və nəzarətçi müəllimlərin iştirakı ilə obyektiv keçirilməsi təmin olunmuşdur.