"İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu"

"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi" haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08 fevral 2022-ci il tarixli F-53 nömrəli əmrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq məktəbin dil-ədəbiyyat müəllimi Kərimov Taqətin rəhbərliyi ilə 7 e sinfində "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti və bu seminariyanın milli təhsil tariximizdə rolu ilə bağlı aparılan müzakirələr şagirdlərin böyük marağına səbəb oldu.
"Dəyirmi masa" da sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Seyidbalayeva Şəhla da iştirak etmişdir.