"İdman həftəsi"

       Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.
Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi günləri keçirilir. Bu dəfə "İdman həftəsi " layihəsinə Fiziki tərbiyə müəllimi İmran Lətifovun rəhbərliyi ilə məktəbin müxtəlif yaş qrupuna məxsus şagirdləri qoşulmuşlar. Layihə çərçivəsində məktəblilər  gimnastik hərəkətləri yerinə yetirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi