Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub

"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi" haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08 fevral 2022-ci il tarixli F-53 nömrəli əmrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq məktəbin 6 ç sinif şagirdlərinin sinif rəhbəri Alməmmədova Lamiyənin rəhbərliyi ilə görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunmuşdur.
Şagirdlərə Firudin bəy Köçərliyə həsr olunmuş sərgi göstərilmiş, kitabxana, onun tarixi haqda məlumat verilmiş, kitabxananın müəllifin adını daşıyan yeganə müəssisə olduğu vurğulanmışdır. Kitabxanada şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.