"Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür"

       Yeniyetməlik dövrü uşaqlıqla gənclik arasında olan dövrdür. Yaşadığı şəraitdən və mühitdən asılı olaraq yeniyetmələr bu dövrün əqli və fiziki inkişafını müxtəlif yaşlarda keçirirlər. Şagirdlərə bu istiqamətdə dəstək olmaq,onların bu dövrdə münasibətlərində, təfəkkürlərində sürətli dəyişikliklərin düzgün yönləndirilməsi məqsədilə məktəbdə  Vl və Vll sinif şagirdləri üçün "Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Şəhla Seyidbalayeva, psixoloq Turanə İmaməliyeva, tibb bacısı Aytac Rüstəmova iştirak etmişlər. Mövzu ilə bağlı çıxış edən psixoloq şagirdlərə bu yaşda orqanizmdə baş verən psixoloji və fiziki dəyişikliklər haqqında məlumat vermişdir.
       Sonda məktəbin direktoru Yasin Quliyev şagirdlərin dünyagörüşünün formalaşması, sağlam həyat tərzi seçmələri və yetkinlik yaşlarında rastlaşdıqları hər hansı problemi həll etmək üçün istər məktəbdə, istər ailədə daim onların yanında olan böyüklərin dəstəyinə güvənməyi, məsləhətlərini dinləməyi şagirdlərə tövsiyyə etdi. Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi