"Xocalının qisası qiyamətə qalmadı"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-63 nömrəli əmri ilə təsdiq olunmuş "Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən silsilə tədbirlərdən növbəti tədbir Xocalı soyqırımına həsr olunmuş "Xocalının qisası qiyamətə qalmadı" tədbiri oldu. Tədbirdə şagirdlər tərəfindən şeirlər söylənmiş, mahnılar ifa olunmuş, ədəbi-bədii kompozisiyalar göstərilmiş, sənədli və bədii filmlərin nümayişi keçirilmişdir.
Müəllim kollektivinin və şagirdlərin iştirak etdiyi bu tədbirin sonunda məktəbin direktoru Yasin Quliyev "Xocalı soyqırımı" ilə bağlı çıxış etmişdir. Daha sonra məktəb rəhbəri tədbiri hazırlayan-məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Seyidbalayevə Şəhla, müəllimlər- Tağıyeva Afət, Həsənova Hafizə, Qurbanova Məryəm və şagirdlərimizə minnətdarlığını bildirmişdir.