"Bir şahidin beş şəhidi"

   2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5. bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində dil-ədəbiyyat fənn aylığı davam edir.
       Məktəbin dil-ədəbiyyat müəllimi, həm də dil-ədəbiyyat  metodbirləşmə rəhbəri Afət Tağıyeva 9 a sinfində nümunəvi dərs keçmişdir. "Bir şahidin beş şəhidi" mövzusunda olan dərs "Xocalı faciəsi"indən bəhs edən "Xoca" filminin nümayişi ilə başladı və mövzu üzrə qoyulan tədqiqat sualı qruplara bölünən  şagirdlər tərəfindən  araşdırıldı. Faciənin təfərrüatlarının şagirdlər tərəfindən açıqlanması ilə yanaşı, qoyulan standartlara uyğun qrammatik tapşırıqlar da  şagirdlər tərəfindən yerinə yetirildi.
        Bu cür nümunəvi dərslərin keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, daha da təkmilləşdirilməsi və müvafiq metod və üsulların yayılmasıdır. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi