''Lay-Lay XOCALIM laylay''

       Məktəbin 1a sinfinin şagirdləri sinif rəhbəri Şövkət Quliyevanın rəhbərliyi ilə 26 fevral Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş sinif təşkilat saatında maraqlı təqdimatla çıxış etmişlər. Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sinif rəhbəri əvvəlcə şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoymuşdur. Xalqımız qan yaddaşında dərin iz buraxan bu faciəni heç vaxt unutmayacaq.
      Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi