"21 fevral-Beynəlxalq Ana Dili Günü"dür

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm bir addım olmuşdur. Bu sənədi imzalamaqla Ümummilli liderimiz Heydər Əliyev xalqımıza və onun dilinə sonsuz məhəbbətini, qayğısını bir daha təcəssüm etdirmişdir.
Bu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyev isə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə ədəbiyyatımıza, ədəbi irsimizə sevgisini, bağlılığını göstərməklə yanaşı, doğma dilimizin daha da inkişaf etməsi, zənginləşməsi üçün belə bir tarixi əhəmiyyət kəsb edən sənədi imzalamışdır. Dil hər bir millətin mənəvi irsinin qorunmasında və inkişafında önəmli və mühüm vasitədir.
2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən Azərbaycan dili və ədəbiyyatı fənn aylığı günlərinə təsadüf edən 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Tağıyeva Afət, Əlili İlahə müxtəlif siniflərdə təqdimat dərsləri, layihələr, təşkilat saatları keçirmişlər. Şagirdlər bu günün tarixi əhəmiyyəti haqqında məlumatlar vermiş, slaydlar və divar qəzetləri hazırlamışdılar.
Şagirdlərimizin hazırladıqları videoçarxlarda, divar qəzetlərində dilimizin gözəlliyi, qədimliyi tərənnüm olunmuşdur.