Növbəti monitorinq təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil idarəsinin təlimatına əsasən 2021-2022-ci tədris ilində IX siniflərdə buraxılış fənləri üzrə tədrisin keyfiyyətini ölçmək, inkişafın dinamikasını müəyyənləşdirmək üçün ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə növbəti monitorinq keçirilib. Monitorinqdə məktəbimizdə təhsil alan 153 nəfər şagirddən 136 nəfəri iştirak edib. Hər sinifdən 1-2 şagird üzrlü səbəblərdən sınaq imtahanında iştirak edə bilməyib. Şagirdlər iki variant olmaqla dil-ədəbiyyat və ingilis dili fənlərinin hər biri üzrə 30, riyaziyyat fənni üzrə 25 sualı cavablandırmışlar. Monitorinq tələbləri gözləməklə və ciddi nəzarəti təmin etməklə yüksək təşkilatçılıqla həyata keçirilib. Monitorinq zamanı məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə prosesi sona qədər izləyib və nəzarətdə saxlayıblar.