''Şagirdimizin uğuru''

Məktəbin 11 ç sinif şagirdi Zülfüqarlı Qədir "Yunan-Roma" güləş növü üzrə gənclər arasında keçirilən Respublika çempionatında iştirak etmiş və rəqiblərinə qalib gələrək ll yerə layiq görülmüşdür. Şagirdimiz Azərbaycan Respublikası gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən gümüş medal və diplomla mükafatlandırılmışdır.
Məktəbin direktoru Yasin Quliyev şagirdimizi bu böyük uğuru münasibətilə bütün kollektivimiz adından təbrik etmiş, ona bundan sonra da daha yüksək nailiyyətlər arzulamışdır.