''Milli Qəhrəman Şəhid Mübariz İbrahimov''

     Azərbaycanın qəhrəmanlıq tarixinə adını əbədi həkk etdirən, öz mərdliyi, igidliyi, qorxmazlığı ilə dillərdə dastan olan Milli Qəhrəmanımız Şəhid Mübariz İbrahimovun doğum günüdür. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri igid Mübarizi hörmət və məhəbbətlə yad etdilər.
Məktəbin Fəaliyyət Planının 1.5.13 bəndinə əsasən, Mübariz İbrahimovun adını daşıyan 2 a sinfi sinif rəhbəri Salahova Rənanın rəhbərliyi ilə əbədi olaraq adı tarixin şanlı səhifəsinə yazılan bu qəhrəman haqqında  təqdimat hazırlamışdılar. Şagirdlər Mübariz İbrahimovun həyatı və döyüş yolu haqqında məlumatlar vermiş, ona həsr olunmuş şeirlər söyləmiş və səhnəciiklər göstərərək böyük qürur hissi ilə Milli Qəhrəmanımızı yad etmişlər.
       Sonra isə şagirdlər bütün Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Vətənimizin azadlığı uğrunda həlak olmuş məzunlarımızın məktəbin həyətində olan abidəsi önünə gül dəstələri qoymuşlar.
       Təqdimat dərsində məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər. Sonda məktəbin direktoru Yasin Quliyev xalqımızın igid oğlu Mübariz İbrahimov haqqında məzmunlu çıxış etmiş və xalqımızın rifahı, vətənimizin bütövlüyü naminə canlarını qurban vermiş bütün Şəhidlərimizi, igid oğullarımızı, qəhrəmanlarımızı unutmamağı, daim onları  yad etməyi hər birimizin borcu olduğunu şagirdlərin diqqətinə çatdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi