Hal-hazırki dövrdə fizika fənnini necə tədris edək ki, şagirdlərin marağına səbəb olsun"

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, onların təcrübələrini təbliğ etmək və qabaqcıl müəllimlər bazasını yaratmaq məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi "Yaradıcı müəllim" müsabiqəsində məktəbin fizika müəllimi Afaq Nəbiyevanın "Hal-hazırki dövrdə fizika fənnini necə tədris edək ki, şagirdlərin marağına səbəb olsun" təqdimatı tərifnaməyə layiq görülmüşdür.
Bütün kollektivimiz adından müəlliməmizi təbrik edir, ona bundan sonra da daha böyük uğurlar arzulayırıq.